“Qarabağ”ın rəqibi sabiq futbolçusunu heyətinə qatdı
01.09.2014 - 19:23
“Qarabağ”ın rəqibi sabiq futbolçusunu heyətinə qatdı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliya “İnter”i heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə,  Milan klubu sabiq futbolçusu Safir Taideri yenidən sıralarına qaytarıb.

 

Belə k, ötən mövsümü təmsilçimizin rəqibində keçirən əlcəzairli 22 yaşlı yarımmüdafiəçi avqustda "Sautqempton"a keçsə də, ingilis klubunun heyətində oynamaqdan imtana edib və yenidən “İnter”ə geri dönüb.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “İnter”lə ilk oyununu oktyabrın 2-də Milanda keçirəcək. Cavab qarşılaşması isə dekabrın 11-də Bakıda baş tutacaq.

0