"Xəzər Lənkəran" rəsmən açıqladı
02.09.2014 - 09:48
"Xəzər Lənkəran" rəsmən açıqladı

"Xəzər Lənkəran" Mbilla Etame ilə müqaviləyə rəsmən xitam verilib. Apasport.az-ın “ağ-yaşıllar”ın saytına istinadən məlumatına görə, kamerunlu hücumçu ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub.

 

Bir il öncə komandaya qoşulan Etame klubun heyətində 41 oyunda meydana çıxaraq, 15 qol imza atıb.

 

Həmçinin, şəxsi problemləri səbəbindən uzun müddətdir komandanın düşərgəsində olmayan Sadio Tounkara komandaya qoşulub və fərdi şəkildə intensiv məşq edir.

0