[b]"İnter" "Dnepr"ə qalib gəldi[/b] - YENİLƏNİB
18.09.2014 - 22:51
[b]"İnter" "Dnepr"ə qalib gəldi[/b] - YENİLƏNİB

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Bakıda Fransa “Sent-Etyen”i ilə üz-üzə gəldiyi gün rəqibləri də meydana çıxıb.

 

Ağdam klubunun yer aldığı F qrupunun digər iştirakçıları “Dnepr”lə “İnter” münasibətlərinə aydınlıq gətirib. Görüşün əsas favoriti sayılan İtaliya təmsilçisi ilə dnepropetrovsklıların oyunu Kiyevdə baş tutub. 

 

Qarşılaşma qonaqların minimal üstünlüyü ilə başa çatıb. Oyunun 71-ci dəqiqəsində D'Ambrosionun vurduğu qol milan klubuna ilk 3 xalı qazandırıb.

 

Qarşılaşma “Qarabağ” - “Sent-Etyen” oyununu 0:0 hesabı ilə yekunlaşıb.

 

Avropa Liqası

F qrupu

I tur

18 sentyabr

"Dnepr" (Ukrayna) - "İnter" (İtaliya) - 0:1

Qol: D'Ambrosio, 71

0