"İnter" "Bakı"ya divan tutub, liderliyə yüksəldi
19.09.2014 - 19:45
"İnter" "Bakı"ya divan tutub, liderliyə yüksəldi

Bu gün Topaz Premyer Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək qarşılaşmaların ilk oyunu Bakı derbisi ilə başlayıb.

 

Turnir cədvəlinin fərqli mövqelərində qərarlaşan “İnter”lə paytaxtın eyni adlı klubu üz-üzə gəlib.

 

Baş məşqçi Kaxaber Sxadadzenin komandası mütləq qələbə qazanmaq əzmi ilə meydana çıxdığı görüşdə rəqibinə divan tutub. “Bankirlər” “Bakı”nın qapısından 7 cavabsız top keçirib.

 

Beləliklə, “İnter” xalını 13-ə çıxarıb və turnir cədvəlində ən azı bir günlük zirvəyə yüksəlib. “Bakı” isə qələbəsiz oyunlar seriyasını davam etdirir.

 

Qeyd edək ki, sabah “Sumqayıt” AZAL-ı, “Xəzər Lənkəran” “Araz Naxçıvan”ı sınağa çəkəcək.

 

Topaz Premyer Liqası

VI tur

19 sentyabr

“İnter” – “Bakı” - 7:0

QOL: Franko Nildo, 10; 19, Arif Daşdəmirov, 30, Baçana Sxadadze, 44; 48, Coşqun Diniyev, 73, Nizami Hacıyev, 86

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.

Bakı. “İnter Arena” stadionu 

 

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 11. Asif Məmmədov, 12. Junior Nildo, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsıyev, 10. Elvin Məmmədov, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 27. Dieqo Madriqal
Baş məşqçi: Kaxaber Sxadadze 

 

“Bakı”: 1. Aqil Məmmədov (k), 6. Vüqar Bəybalayev, 21. Elşad Manafov, 3. Yure Travner, 37. Mikayıl Rəhimov, 19. Elton Hüseynov, 22. Risto Ristoviç, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 18. Əziz Quliyev, 10. Nurlan Novruzov
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 30. Cəmşid Məhərrəmov, 16. Rövşən Əmiraslanov, 5. Georgios Palagios, 11. Tural Qürbətov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov
Baş məşqçi: İbrahim Uzunca

 

N

  Klublar

O

Q

H

M

T-F

X

1

  İnter

6

4

1

1

19-3

13

2

  Sumqayıt

5

4

0

1

8-6

12

3

  Neftçi

4

3

0

1

4-4

9

4

  Qəbələ

5

3

0

2

6-7

9

5

  Simurq

4

2

0

2

6-4

6

6

  Qarabağ

4

1

2

1

5-5

5

7

  Xəzər L

5

1

1

3

2-5

4

8

  AZAL

4

1

1

2

3-7

4

9

  Araz N

4

1

0

3

4-5

3

10

  Bakı

4

0

1

3

3-7

1

 

Bombardir: Mikel Alvaro (İnter) – 4.

0