[b]Berti Foqts: Azərbaycan üçün böyük uğurdu[/b]
20.09.2014 - 10:13
[b]Berti Foqts: Azərbaycan üçün böyük uğurdu[/b]

“Bakının 2020-ci il Avropa çempionatının ev sahiblərindən biri olması Azərbaycan üçün böyük uğurdu”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 

Dünən İsveçrənin Cenevrə şəhərində AVRO-2020-ni qəbul edəcək 13 şəhərin müəyyənləşdiyi iclas keçirilib. Qitənin ən nüfuzlu turnirini keçirəcək şəhərlər arasında Bakının da adı seçilib.

 

Tədbirdən sonra Almaniya mətbuatına danışan Foqts paytaxtımızın bu möhtəşəm yarışı qəbul edəcək şəhərlər arasında olması haqqında fikirlərini bildirib: “Son illərdə Azərbaycan futbolu inkişaf edir. Artıq bir neçə ildir ordayam. Futbola böyük sərmayə yatırılır. İndi artıq qitəmiqyaslı bir turnirin oyunları Bakıda keçiriləcək. Burada AVRO-2020 üçün çox gözəl bir stadion tikilir. Azərbaycanlıları bu münasibətlə təbrik edirəm”.

0