Nazim Süleymanov UEFA-ya nə dedi?
20.09.2014 - 10:18
Nazim Süleymanov UEFA-ya nə dedi?

“Çox şadam ki, belə bir mötəbər turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakının da adı var”. Apasport.az xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında veteran futbolçumuz Nazim Süleymanov deyib.

 

Dünən İsveçrənin Cenevrə şəhərində AVRO-2020-ni qəbul edəcək 13 şəhərin müəyyənləşdiyi iclas keçirilib. Qitənin ən nüfuzlu turnirini keçirəcək şəhərlər arasında Bakının da adı var.

 

Tədbirdən sonra qitə futbol qurumunun saytına danışan Süleymanov paytaxtımızın bu möhtəşəm yarışı qəbul edəcək şəhərlər arasında olması haqqında fikirlərini bildirib: “Belə bir turniri qəbul edəcək ölkələr arasında olmağımız bizim gücümüzdən xəbər verir. Həqiqətən Azərbaycan inkişaf edir. İnanıram ki, AVRO-2020-nin oyunları Bakıda yüksək səviyyədə keçiriləcək. Ümid edirəm ki, Azərbaycan milli komandası da yaxşı nəticələr qazanıb, bu çempionata qatıla bilər. Bütün Azərbaycan xalqını və futbolsevərlərimizi təbrik edirəm”.

 

 

0