[b]“Sent-Etyen”in sabiq futbolçusu: “Qarabağ”? Mən bu klubu tanımıram[/b]
20.09.2014 - 13:12
[b]“Sent-Etyen”in sabiq futbolçusu: “Qarabağ”? Mən bu klubu tanımıram[/b]

“Artıq Fransa futbolu zəifləyir. Bizdə daha istedadlar yetişmir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Sent-Etyen” klubunun sabiq futbolçusu Jan-Mişel Larki deyib.

 

Avroliqanın qrup mərhələsinin ilk matçında Bakıda “Qarabağ”la (0:0) heç-heçə edən Fransa təmsilçisinin keçmiş üzvü bunu yaxşı nəticə saymayıb: “Qarabağ”? Mən bu klubu tanımıram. Axı bir vaxtlar bizim millimiz Azərbaycan yığmasına 10:0 hesabı ilə qalib gəlib. Biz indi daha güclü olmalıyıq. Amma görünən odur ki, futbolumuz geri düşür. “Sent-Etyen” bu il çempionluq üçün mübarizə apara bilməyəcək. Çünki bunu bacaracaq gücü yoxdu”.

0