George Çixradze: Oyunda keyfiyyət özünü göstərdi
21.09.2014 - 21:28
George Çixradze: Oyunda keyfiyyət özünü göstərdi

“Qara zolaq davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gürcüstanlı çalışdırıcı Topaz Premyer Liqasının VI turunda səfərdə “Qarabağ”a minimal hesabla (1:0) uduzmalarına şərh verib: “Çempionata yaxşı başladıq. 2 qələbə qazansaq da, 3 dəfə uduzmuşuq. Ardıcıl məğlubiyyətlər komandaya pis təsir edir. Rəqibimiz “Qarabağ” güclü komandadır. Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. “Qarabağ” matça qarışıq heyətlə çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz ötüşmədi”. (pfl)

 

0