Bakıda keçiriləcək Qran-prinin açılış mərasiminin vaxtı dəqiqləşdi
29.09.2014 - 12:05
Bakıda keçiriləcək Qran-prinin açılış mərasiminin vaxtı dəqiqləşdi

Oktyabrın 1-də Bakıda şahmat üzrə FİDE-nin Qran-Pri seriyasına start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirin açılış mərasimi saat 19-30-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək.

 

Mərasimdə FİDE prezidenti Kirsan İlyumjinov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət və hökumət nümayəndələri, eləcə də şahmatçılar iştirak edəcək. 

Qran-Prinin ilk turu oktyabrın 2-də saat 15-da start götürəcək. Turnirin bütün partiyaları yarışın rəsmi saytı vasitəsiylə canlı yayımlancaq.

0