FİFA referisi I divizionda
02.10.2014 - 10:33
FİFA referisi I divizionda

Azərbaycan çempionatının I divizionunun V turuna hakim təyinatları açıqlanıb. Apaspdort.az saytının məlumatına görə, ötən həftə FİFA referilərindən Əliyar Ağayevi aşağı dəstəyə göndərən AFFA-nın Hakimlər Komitəsi  bu dəfə Rəhim Həsənovla bağlı analoji qərar verib.

 

Bir müddət əvvəl UEFA Regionlar kubokunun oyunlarını idarə etmiş hakim sabah baş tutacaq “Şuşa” – “Neftçala” oyununda fit çalacaq. Adətən Topaz Premyer Liqasına təyinat alanlardan Ramil Diniyev, Ömər Paşayev və sabiq FİFA referisi Vüsal Əliyev də aşağı dəstədə iş başında olacaq. Belə ki, “Şəmkir” – “Qaradağ Lökbatan” matçı Diniyevə, “Lokomotiv” – “Rəvan” görüşü Paşayevə “Mil-Muğan” – “Şahdağ” qarşılaşması Əliyevə həvalə olunub.

 

0