Yığmamız “Kayzerslautern”ə uduzdu
20.10.2014 - 09:22
Yığmamız “Kayzerslautern”ə uduzdu

 

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamız “Kayzerslautern”  klubunun U-19 komandası ilə qarşılaşıb.

 

Millimiz bu matçda 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Budaq Nəsirov vurub.

 

Mənbə: affa.az

0