[b]Cəzalı atletlər yenidən millimizə çağırıldı[/b]
20.10.2014 - 13:20
[b]Cəzalı atletlər yenidən millimizə çağırıldı[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Tomaş Feher noyabrın 4-16-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək dünya çempionatına “nəhs”lə başlayacaq.

 

Belə ki, macarıstanlı mütəxəssis Rio-de-Janeyro Olimpiadasına lisenziya xalı verəcək mundiala 13 idmançı ilə yollanacaq. Feher yığmamızın əsas heyətinin 18 ağırlıqqaldıranı dopinqdə “ilişdiyin”dən komandadan kənar qalanlara və gənclərə bel bağlayacaq.

 

O, millimizi “bəlaya sürükləyən” bolqarıstanlı Zlatan Vanevin "cəzalandırdığı" Əfqan Bayramovla İvan Stoitsovu, dopinqə görə diskvalifikasiya müddəti bitdikdən sonra ciddi uğuru olmayan Rövşən Fətullayevi, həmçinin yığmamızın düşərgəsini tez-tez tərk edən Boyanka Kostovanı yenidən əsas heyətə cəlb edib.

 

Heyətdə Anastasiya İbrahimli isə doğma vətənində yeni komandasında debüt edəcək. Milliləşdirilmiş ağırlıqqaldıranımıza ümidlər də böyükdür. Qazaxıstan vətəndaşı kimi gənclər arasında dünya çempionu olan 21 yaşlı İbrahimlidən mundalda ən yaxşı nəticəmizə imza atacağını da gözləmək mümkündür.

 

Digər idmançılarımıza gəlincə, məcburiyyətdən komandaya cəlb edildiyini də söyləmək olar.

 

Azərbaycan millisinin heyəti

Qadınlar

53 kq. Boyanka Kostova (1993), Gülçin Əlizadə (1997)

63 kq. Elnurə Abbasova (1997)

69 kq. Anastasiya İbrahimli (1993)

 

Kişilər

56 kq. Elmar Əliyev (1987)

62 kq. Rüstəm İmanzadə (1998), Rauf Nəbiyev (1990)

69 kq. Əfqan Bayramov (1983)

77 kq. İvan Stoitsov (1985)

94 kq. Orxan Əliquluzadə (1991), Rövşən Fətullayev (1987)

105 kq. Dadaş Dadaşbəyli (1996)

+105 kq. Azər Məmmədli (1995) 

0