“Pyast”ın futbolçusu Azərbaycan klubuna “yox” deməsinin səbəbini açıqladı
23.10.2014 - 11:10
“Pyast”ın futbolçusu Azərbaycan klubuna “yox” deməsinin səbəbini açıqladı

Polşanın “Pyast” klubunda çıxış edən Pyotr Brojek Azərbaycandan təklif alıb. Apasport.az xəbər verir ki, bunu futbolçunun özü açıqlayıb.

 

Yerli mətbuata müsahibə verən, 31 yaşlı hücuma meyilli yarımmüdafiəçi yayda ölkəmizə gəlmək ehtimalının olduğunu, lakin bunun baş tutmadığnı bildirib: “Yay “transfer pəncərəsi” zamanı həm Polşa klublarından, həm də ölkə xaricindən bir neçə klubdan təklif almışdım. Bunların arasında Yunanıstan və Azərbaycan komandaları da var idi. Lakin həmin vaxt ölkəmdə qalmağı üstün tutdum. Əsas da oğluma görə ölkə xaricinə getmədim. Çünki o burada oxumalı idi”.

 

Qeyd edək ki, Brojek Polşa millisində 5 oyun keçirib, 1 qol vurub.

 

 

0