“Sumqayıt” 13-ə çatdı
25.10.2014 - 15:12
“Sumqayıt” 13-ə çatdı

“Sumqayıt” Topaz Premyer liqasının I dövrəsini heç-heçəsiz başa vuran yeganə komanda olub. Apasport.az saytının məlumatına görə, IX turun “Qəbələ” ilə qarşılaşmasında 1:3 hesabı ilə uduzan Aqil Məmmədovun yetirmələri ümumilikdə 13 matçdır bərabərliklə razılaşmır.

 

Sumqayıtlıların daha bir seriyası isə ardıcıl məğlubiyyətlərlə bağlıdır. “Gənclik şəhəri” təmsilçisi son 4 matçda xalq azana bilməyib. Son 5 qarşılaşmada isə onların qapısına qol vurulub. “Qəbələ” də ardıcıl 3 turdur “quru” oyuna həsrətdir. Lakin “qırmızı-qaralar” 3 turluq qələbəsizliyə son qoyub.

 

0