[b]AFFA Robert Prosineçki ilə görüşü təsdiqlədi[/b]
31.10.2014 - 14:17
[b]AFFA Robert Prosineçki ilə görüşü təsdiqlədi[/b]

AFFA Azərbaycan yığmasının baş məşqçisi postuna Robert Prosineçkinin gətiriləcəyinə dair yayılan informasiyalara münasibət bildirib. Apasport.az-ın məlumatına görə, assosiasiyanın rəsmi saytında yer alan xəbərdə xorvatiyalı mütəxəssislə görüşün olduğu təsdiqlənsə də, onun baş məşqçi postuna gətirilməyəcəyi bildirilib: “Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidi və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır”.

 

0