"Qarabağ" qalib gəldi, "Qəbələ" məğlub oldu
23.11.2014 - 19:05
"Qarabağ" qalib gəldi, "Qəbələ" məğlub oldu

Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tur paytaxtdakı yeganə qarşılaşma ilə başlayıb.

 

Lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda AZAL-ı qəbul edib. Cari mövsümdə heç kimə yenilməyən və yalnız texniki məğlubiyyət alan Qurban Qurbanovun yetirmələri I dövrədə çətinlik çəkmədən məğlub etdiyi rəqibdən yenə də 3 xal almağı bacarıb.

 

29-cu dəqiqədə İlqar Qurbanovun qolu ilə fasiləyə öndə yollanan Ağdam klubu ikinci hissədə də istəyinə nail olmağı bacarıb. 56-cı dəqiqədə Eltun Yaqublu avtoqola imza atıb. Lakin bununla barışmayan “təyyarəçilər” hesab arsındakı fərqi azaldıb. 61-ci dəqiqədə cərimə meydançasında İlqarın əllə oynamasından sonra görüşün baş hakimi İnqilab Məmmədov “Qarabağ”ın qapısına penalti təyin edib. Topa yaxınlaşan Rəşad Abdullayev fərqlənib. Matçda bundan başqa qol olmayıb və ağdamlılar 2:1 hesablı qələbə qazanıb.

 

Günün ikinci qarşılaşması Qəbələdə baş tutub. Burada şəhərin eyni adlı komandası “Simurq”la münasibətlərinə aydınlıq gətirib. Azarkeşlərin 5 qol izlədiyi görüşdə “Simurq” meydan sahiblərini məğlub edib – 2:3.

 

Qeyd edək ki, sabah “Xəzər Lənkəran” “Neftçi”ni, “Sumqayıt” “Bakı”nı sınağa çəkəcək.

 

 

Topaz Premyer Liqası

XIII tur

23 noyabr (bazar)

"Qəbələ” – "Simurq” - 2:3

QOLLAR: Ekiqo Ehiosun, 40, Bəxtiyar Soltanov, 90+2 - Marko Stanoyeviç, 7, Draqan Çeran, 80; 83

I dövrədəki oyun – 2:1

Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu

 

QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 8. Markuinyos, 10. Dodo, 11. Andrey Kristea, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 44. Rafael Santos, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 21. Yazalde Pinto, 26. Pavol Farkaş, 27. Bəxtiyar Soltanov, 99. Tellur Mütəllimov

Baş məşqçi: Dorinel Muntyanu

 

SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 13. Ali Gökdemir, 15. Stepan Polyak, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov

Baş məşqçi: George Çixradze

 

 

"Qarabağ” – AZAL - 2:1

QOLLAR: İlqar Qurbanov, 29, Eltun Yaqublu, 56-avtoqol - Rəşad Abdullayev, 61-pen

Qırmızı vərəqə: Ruslan Məcidov, 31

I dövrədəki oyun – 3:0

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

Tofiq Bəhramov adına Respublika stadionu

 

QARABAĞ: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 99. Namiq Ələsgərov

Baş məşqçi: Qurban Qurbanov

 

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 6. Eduardo Makiel, 10. Tomi Kostadinov, 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Freddi Mombonqo, 22. Eltun Yaqublu, 27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 30. Seymur Əsədov, 18. Orxan Lalayev.

Baş məşqçi: Tərlan Əhmədov

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

11

7

3

1

20-11

24

2

Neftçi

10

6

2

2

13-6

20

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

Xəzər Lənkəran

11

4

2

5

14-14

14

6

Qəbələ

11

3

4

4

15-18

13

7

AZAL

11

2

4

5

11-20

10

8

Sumqayıt

10

3

1

6

11-16

10

9

Bakı

11

2

2

7

9-26

8

 

Bombardir: Mikel Alvaro (“İnter”) -  7. 

 

0