[b]Dramatik matçın qəhrəmanı - Katarjina Skovronska[/b]
26.11.2014 - 20:21
[b]Dramatik matçın qəhrəmanı - Katarjina Skovronska[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının II turu çərçivəsində keçirilən “Rabitə” (Azərbaycan) – “Dinamo” (Rusiya, Kazan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 3:2 hesabı ilə xeyrinə bitirdiyi dramatik qarşılaşmanın qəhrəmanı Katarjina Skovronska olub.

 

Komandamızın polşalı legioneri rəqib oyunçu Yekaterina Qamova kimi 31 xal toplasa da, digər komponentlərdə onu qabaqlayaraq, görüşün ən yaxşısı seçilib.

 

Dejan Brdjoviçin digər yerimələrindən Yoana Palasio Mendoza 18, Tori Dikson 15, Foluke Akinradevo 9, Aurea Kruz 4, Salas Vilma Roselllə Nutsara Tomkom hərəyə 4 xal toplayıb.

 

Qeyd edək ki, “Rabitə” 0:2 hesabı ilə geridə olduğu matçı əzmkarlıq sayəsində xeyrinə bitirib.

0