Rus biznesmenlər ziyana düşdü
18.12.2014 - 23:10
Rus biznesmenlər ziyana düşdü

Rus rubulunun dollar və avro qarşısında dəyərinin itirməsi futbol klublarının sahibləri olan rusiyalı biznesmenlərdən də yan keçməyib. Apasport.az saytının məlumatına görə, Avropanın 15 nəhəng komandalarına rəhbərlik edən sözügedən ölkənin milyarderləri son 48 saat ərzində 8,65 milyon dollar ziyana düşüb.

 

Bunlar arasında “Çelsi”yə rəhbərlik edən Roman Abramoviç, “Monako”nun sahibi Dmitri Rıbolovlev və İngiltərə “Arsenal”ının ortaqlarından olan Alişer Usmanovun da adları yer alıb. Maliyyə böhranı bu 3 biznesmendən ən çox Usmanova ziyan vurub.

 

809 milyon dollar itirən Alişerin cəmi 13,4 milyard dollar varidatı qalıb. İkinci Abramoviç (449,5 milyon dollar itirib - 12,8 milyard dollar varidat) və üçüncü isə Rıbolovlevdi ki, möhranın pəncəsinə “keçib”. O, 150,1 milyon dollar ziyana düşərək, cəmi 9,8 milyard dollar varidata sahibdi. 

0