Yığmamız yarımfinala yüksəlib, Polşaya rəqib oldu
20.12.2014 - 13:28
Yığmamız yarımfinala yüksəlib, Polşaya rəqib oldu

Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) növbəti çempionatına davam edir. Apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlar arasında Latviyada keçirilən turnirin ilk 2 günündə Azərbaycan millisi 3 matça çıxıb.

 

Belə ki, A qrupunda yer alan komandamız öncə belaruslu həmkarları ilə üz-üzə gəliblər. Görüş voleybolçularımız üçün uğurlu alınıb. Onlar ilk 2 setdə qalib gəldikdən sonra uduzsalar da, qələbə qazanan tərəf olublar – 2:1 (25:20; 27:25; 22:25).

 

Reqlamentə əsasən cəmi 3 setdən ibarət olan yarışın növbəti turunda Litva millisi də təmsilçimizdən zəif olub – 3:0 (25:20; 25:19; 25:17).

 

Lakin yığmamız III turda qələbə seriyasını davam etdirə bilməyib. Rusiya millisi ilə üz-üzə gələn voleybolçularımız zəif təsir bağışlayıblar və rəqib 3:0 (25:14; 25:19; 25:14) hesabı ilə qalib gəlib. Məğlubiyyətə baxmayaraq, komandamız qrupda ikinci yeri tutmaqla yarımfinala yüksəlib.

 

Yığmamız finala gedən yolda B qrupunun birincisi Polşanı sınağa çəkəcək. Digər yarımfinal cütündə isə Rusiya və Ukrayna qarşılaşacaq. Turnirə sabah yekun vurulacaq.

 

Qeyd edək ki, B qrupunda Polşa və Ukrayna ilə yanaşı, Latviya və Gürcüstan milliləri də mübarizə aparıb.

0