[b]Yeni ilin ilk avrokubok sınağı[/b]
22.12.2014 - 16:13
[b]Yeni ilin ilk avrokubok sınağı[/b]

“Lokomotiv”in CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində Krasnodar “Dinamo”su ilə birinci oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 2015-ci ilin ilk avrokubok matçına yanvarın 14-də çıxacaqlar.

 

Bakıda, voleybol mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

 

Cavab görüşünün vaxtı isə bugünlərdə dəqiqləşəcək.

 

Qeyd edək ki, “Lokomotiv” 2015-ci ilin ilk görüşünə “Dinamo”dan 4 gün öncə çıxacaq. Onlar yanvarın 10-da Super Liqanın IX turundan təxirə salınmış görüşdə “Rabitə”nin qonağı olacaq. 

0