[b]Yığmamızın sabiq üzvündən Türkiyədə məhsuldar ötürmə[/b]
02.02.2018 - 23:11
[b]Yığmamızın sabiq üzvündən Türkiyədə məhsuldar ötürmə[/b]

Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamukun komandası "Manisaspor" Türkiyə I liqasında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, manisalılar XX turun açılış qarşılaşmasında "Qaziantepspor"u qəbul edib.

 

Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Belə ki, "Manisaspor" ilk yarıdaca 3 qol vuraraq, qələbə qazanıblar. Qonaqların gücü yalnız təsəlli topuna çatıb (3:1). Start heyətində meydana çıxan və hücumçu mövqeyində çıxış edən Uğur komandasının 3-cü qolunun məhsuldar ötürməsini verib. 29 yaşlı futbolçu 71-ci dəqiqədə Ömər Buğdayçı ilə əvəzlənib.

 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 14-ə yüksəldən "Manisaspor" turnir cədvəlində 17-ci pillədə qalıb.

0