[b]Məmmədyarov – Karyakin duelində “sülh”[/b]
14.06.2018 - 09:18
[b]Məmmədyarov – Karyakin duelində “sülh”[/b]

Belçikanın Lyoven şəhərində “Grand Chess Tour” seriyasının I mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışın rapid növündə daha 3 tur oynanılıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb. O, VI turda isə Fabiano Karuanaya uduzub.

Nəticədə ilk 3 turda 3 xal qazanan həmyerlimiz aktivinə daha 4 xal əlavə edib və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə bu gün daha 3 matç baş tutacaq.

0