6 Mart 09:44 Ağır atletika kompleksinin açılışı oldu
TOP OYUNLARI xəbərləri 6 Mart 09:44
473 baxış

Ağır atletika kompleksinin açılışı oldu

Martın 5-də, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sumqayıt və Bakıda universal ağır atletika komplekslərinin açılışı olub. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Sumqayıtda Heydər Əliyev prospektində yerləşən kompleksin açılış mərasimində AAAF-ın I vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

 

Lent kəsiləndən sonra qonaq və rəsmi şəxslərə Kompleks barədə məlumat verilib, məkanın işi ilə tanış ediliblər. Qeyd olunub ki, burada eyni anda 50-yə yaxın ağır atlet və digər güc idman növləri – bodibildinq, pauerliftinq, krossfit və başqaları – idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Kompleksdə paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.

 

Daha bir açılış günün ikinci yarısında baş tutub. “Zirvə” Beynəlxalq İdman Klubları və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə layihəsi paytaxtın Azadlıq prospektində inşa edilmiş universal ağır atletika kompleksidir. Açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. O, lenti kəsəndən sonra yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krossfit və fitnesslə məşğul olmaq üçün bütün şərait yaradılıb. Məkanda gün ərzində 500-ə yaxın idmançının peşəkar məşq etmə imkanı var. Kompleks ən müasir avadanlıqlarla təchiz olunub, hər idman növünə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, müxtəlif güc idman növlərində uğur qazanmış atletlər, təcrübəli həkim və masajçılar, məşqçilər çalışacaqlar.

 

Xəbər lenti