[b]Avro-2017: Rusiya Bakıya yeni baş məşqçi ilə gəlir[/b]
20.09.2017 - 14:40
[b]Avro-2017: Rusiya Bakıya yeni baş məşqçi ilə gəlir[/b]

Qadın voleybolçulardan ibarət Rusiya millisinin Bakıya gələcəyi heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına məşqçilər korpusundakı dəyişiklərlə gəlir.

 

Belə ki, komandanın baş məşqçi Vladimir Kuzyutkin bundan sonra millidə böyük məşqçi funksiyasını yerinə yetirəcək. Onu əvvəlki vəzifəsində isə eyni zamanda Krasnodar “Dinamo”sunu çalışdıran Konstantin Uşakov əvəzləyib.

 

Məşqçilər korpusu bu gün Bakıya yola düşən heyəti də açıqlayıb. Şimallılar C qrupunda Türkiyə, Ukrayna və Bolqarıstanla oyuna aşağıdakı heyətlə çıxacaq:

 

Toppaylayıcılar: Yekaterina Pankova (kapitan), İrina Filiştinskaya;

Blokçular: Yekaterina Yevdokimova, Yekaterina Yefimova, İrina Koroleva, İrina Fetisova;

Hücumçular: Nataliya Qonçarova, Tatyana Koşeleva, Mariya Frolova, İrina Voronkova, Kseniya Parubets, Yana Şerban;

Liberolar: Svetlana Kryuçkova, Yekaterina Tretyakova.

 

0