5 Sentyabr 09:09 Avro-2017: Rusiya qitənin ən güclüsüdü
TOP OYUNLARI xəbərləri 5 Sentyabr 09:09
1200 baxış

Avro-2017: Rusiya qitənin ən güclüsüdü

Kişi voleybolçular arasında Polşada keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Rusiya millisi qazanıb.

 

Onlar finalda Almaniya millisinə 3:2 (25:19, 20:25, 25:22, 17:25, 15:13) hesabı ilə qalib gəliblər. Bürünc medallar isə Serbiyaya qismət olub. Serblər üçüncü yer uğrunda görüşdə Belçikanı məğlub ediblər – 3:2 (25:17, 22:25, 19:25, 25:22, 15:12).

 

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı Azərbaycan və Gürcüstanda keçiriləcək. 

Xəbər lenti