[b]“Bizim üçün möhtəşəm oyun olmadı” – millimizin məşqçisi[/b]
23.09.2017 - 10:21
[b]“Bizim üçün möhtəşəm oyun olmadı” – millimizin məşqçisi[/b]

“Başlanğıc bir az ağır oldu. Çünki oyunçular düz bir ildi ki, Avropa çempionatını səbirsizliklə gözləyirdilər”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Avro-2017-nin final mərhələsi çərçivəsində ilk oyununu Macarıstana qarşı keçirən komandamız rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Buna baxmayaraq, məşqçilər korpusu oyundan tam məmnun qalmayıblar.

 

Baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Famil Ağayev növbəti oyunlarda daha yaxşı çıxış edəcəklərini vurğulayıb: “Bu, bizim üçün möhtəşəm oyun olmadı. Bununla belə, meydanın hər qarışı uğrunda mübarizə apardıq. Qələbəyə görə, çox xoşbəxtik. Ancaq qarşıdakı matçda daha yaxşı çıxış etməliyik”.

 

Qeyd edək ki, millimiz yer aldığı A qrupunda növbəti görüşünü sabah Polşaya qarşı keçirəcək.

0