[b]"Leykers" yox, "Klippers" - Ulduz basketbolçunun seçimi[/b]
04.07.2018 - 13:36
[b]"Leykers" yox, "Klippers" - Ulduz basketbolçunun seçimi[/b]

"San Antonio Spörs”ün forvardı Kavay Leonard güclü komandalara qoşulmaqda israr etmir. Apasport.az saytının “Yahoo! Sports”a istinadən məlumatına görə, o, Lebron Ceymsin yeni anlaşdığı “Leykers”ə keçmək fikrindən də uzaqdı.

 

“Dəqiq olan bir şey var: Kavayın növbəti yay “Leykers”lə müqaviləyə imza atacağına heç kim zəmanət verə bilməz. Məncə, namizədlərin sayı artır. Hətta Los Ancelesin özündə onu daha çox cəzb edən başqa bir klub var. Söhbət “Klippers”dən gedir” – deyə, “Yahoo! Sports”un insayderi Şems Çaraniya qeyd edib.

 

Kavay Leonard zədə səbəbindən ötən mövsümün, demək olar ki, tamamını qaçırmışdı. Bu yay o, “Spörs”dən treyd edilməsini istəyib.

0