17 Aprel 16:14 NBA: Dueyn Ueyddən növbəti tarixi göstərici
TOP OYUNLARI xəbərləri 17 Aprel 16:14
340 baxış

NBA: Dueyn Ueyddən növbəti tarixi göstərici

“Mayami Hit”in səfərdə “Filadelfiya 76ers”i 113:103 hesabı ilə məğlub edərək, seriyada hesabı bərabərləşdirdiyi matça 28 xal toplayan Dueyn Ueyd damğa vurub. Apasport.az saytının məlumatına görə, Ueyd “Boston” əfsanəsi Lerri Bördü geridə qoyaraq, NBA pley-offları tarixində ən çox xal atan 10-cu basketbolçu olub.

 

Hazırda Ueydin aktivində 3 min 898 xal var. Sıralamanın zirvəsində Lebron Ceyms (6 min 187 xal) qərarlaşıb. Maykl Cordan (5 min 987 xal) ikinci, Kərim Əbdül-Cabbar (5 min 762 xal) isə üçüncüdü.

Xəbər lenti