[b]Yığmamız İsraili Sloveniyaya dəyişdi - FOTO[/b]
27.04.2017 - 11:04
[b]Yığmamız İsraili Sloveniyaya dəyişdi - FOTO[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi İsraildəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri hazırlıqlarını Sloveniyada davam etdirəcəklər.

 

Komanda artıq Maribordadı. İslamiadaya hazırlaşan voleybolçularımız burda mayın 6-dək qalacaq. Onların təxminən 6 yoxlama matçı keçirəcəyi də planlaşdırılır.

 

Qeyd edək ki, İsraildə 3 sınaq görüşündə gücünü yoxlayan millimiz hamısında qələbə qazanmışdı. 

0