“Apasport”dan SUPERSERİYA
12.04.2023 - 12:17
“Apasport”dan SUPERSERİYA

“Apasport” proqnozsevərlərə kupon təklifini davam etdirir. Mütəxəssislərimiz ardıcıl üç gün uduşlu kupon sayında “10+”ə imza atıb.

Aprelin 9-da 10, ertəsi gün 11, dünən isə 12 variant müştərilərə qazanc gətirib. Burada artan qrafik də diqqət çəkir.

Ardıcıl üç gündə qalib kuponların sayının ikirəqəmli ədədlə ifadə olunması isə 2023-cü il üçün rekord seriyadır. Bunadək iki dəfə 2 günlük “10+” seriyası qeydə alınıb.

Yanvarın 27-28-də və fevralın 23-24-də eyni sayda 23 (13+10) variant uduş gətirib. Bu dəfə isə “10+” qeydə alındığı üç gündə 33 kupon dəqiq olub.

Qeyd edək ki, bu seriyadakı 33 uduşun ümumi əmsalı 77,27-yə bərabərdir.

0