“Barselona” yığmanın kapitanını alır
25.04.2023 - 16:00
“Barselona” yığmanın kapitanını alır

“Barselona”nın heyətinə qatmaq istədiyi daha bir futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Uruqvay U-20 yığmasının kapitanı Fabrisio Diasın xidmətində maraqlıdır.

20 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu Montevideo “Liverpul”u ilə razılıq əldə olunub. “Barselona” keçid üçün 8 milyon avro ödəyəcək.

Keçidin gerçəkləşməsi üçün futbolçunun özü ilə razılaşma əldə olunmalıdır. Hazırda bununla bağlı danışıqlar davam edir.

Qeyd edək ki, Dias yetirməsi olduğu “Liverpul”dan başqa klubda çıxış etməyib.

0