Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən III MDB Oyunları ilə əlaqədar səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe məlumat verib.
O bildirib ki, sözügedən şəhərdə ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub.
Xatırladaq ki, çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırdı. Azərbaycan milli komandası isə inamlı iki qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəni davam etdirir.
Jurnalistlərə açıqlamasında Fatih Keşe bildirib ki, Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir və Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparır.
- Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
- “Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
- “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib
- “Çimərlik Polosu See Breeze 2026“ turniri keçiriləcək - VİDEO
- Bişkek ŞƏT tədbirlərinə və Çövkən oyunlarına hazırlaşır