Niderland 1/4 finalda - YENİLƏNİB
02.07.2024 - 21:54
Niderland 1/4 finalda - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Rumıniya və Niderland yığmaları üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, görüş Münhendəki "Allianz Arena"da baş tutacaq. 

E qrupunda mübarizə aparan Rumıniya 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə adını 1/8 final turuna yazdırıb. Niderland isə turnirin ən çətin qruplarından sayılan D qrupunda üçüncü yeri tutaraq növbəti mərhələyə yüksəlib.

Qarşılaşmanı alman referi Feliks Zveyer idarə edəcək. 

Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək. 

AVRO-2024

1/8 final

2 iyul

20:00. Rumıniya - Niderland 0:3 

Qol: Qakpo, 20. Malen, 83, 90

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, "Alyans Arena".

0