10:08 10-02-2020
news_image
103
FUTBOL

Milan derbilərinin tarixinə düşdü - İbrahimoviç

İtaliya A seriyasının XXIII turunda “İnter”ə qarşı keçirilən oyun “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandası məğlub olmasına baxmayaraq, isveçli forvard fərqlənərək tarixə düşüb.

Birinci hissənin sonlarında “Milan”ın ikinci topuna imza atan veteran oyunçu Milan derbilərində fərqlənən ən yaşlı futbolçu ünvanına yiyələnib. İbrahimoviç buna 38 yaş 129 günlüyündə nail olub.

Qeyd edək ki, “Milan” – “İnter” derbisi ikincilərin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.