01:47 25-03-2021
news_image
1576
FUTBOL

Portuqaliya – Azərbaycan – 15:0

Azərbaycan millisinin Portuqaliya ilə oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin I turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.

İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda təşkil olunan matçda Maksim Medvedevin avtoqolu yeganə olub və Portuqaliya 1:0 hesablı qələbəyə sevinib.

Ancaq statistikaya nəzər yetirdikdə, bəlkə də, bu hesaba millimiz daha çox sevinməlidir. Çünki Fernando Santosun yetirmələrinin 29 zərbə cəhdi olub ki, onun 15-də komanda çərçivəyə düşüb. Əvəzində yığmamız 90 dəqiqə ərzində portuqaliyalıların qapıçısını bir dəfə də olsun narahat edə bilməyib.

Portuqaliya - Azərbaycan
Qollar – 1:0
Zərbələr - 29:4
Çərçivəyə zərbələr – 15:0
Çərçivəyə düşməyən zərbələr – 8:2
Bloklanan zərbələr – 6:2
Künc zərbələri – 10:0
Oyundankənar vəziyyət - 1:2
Topa sahibolma faizi – 68:32
Ötürmələr – 753:371
Dəqiq ötürmələr – 665:275
Ötürmələrin dəqiqlik faizi – 88:74
Sarı vərəqələr – 1:1
Qayda pozuntuları - 9:11