Fevralın 21-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Məşqçilər korpusu “Böyük dəbilqə”də əsas heyət üzvlərinə şans verəcək. Onlar Almaniyada Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Larisa-Aleksandra Florian, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) sınaqdan keçirəcəklər.
Turnirdə 120 ölkədən 718 (427 qadın, 291 kişi) cüdoçunun iştirakı gözlənilir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"