“Son xəbərə görə çox pis oluram”.
Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev deyib.
Üçqat dünya çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı fikirlərini açıqlayıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən güləşçi bu qərarı düzgün sayır: “Lakin hər bir işdə xeyir var. Bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda, bu, doğru qərar idi. Səbir edib, sona qədər mübarizə aparmaq lazımdır. Hər kəsə güc, səbir, ruzi və sağlamlıq arzu edirəm”.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"