“İstərdim ki, Xorvatiya millisi nəsil dəyişikliyinə qədəm qoyana qədər ən yaxşı keyfiyyətlərini göstərsin”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç AVRO-2020 ilə bağlı danışarkən deyib.
Serbiyalı mütəxəssis 11 gündən sonra startı veriləcək Avropa çempionatı ilə bağlı proqnozunu verib. O, son dünya çempionu Fransa yığmasını favorit qismində göstərib: “Yəqin ki, finalçılardan biri Fransa olacaq. Çox güclü komandadır və layiqli dünya çempionudur. Bəlkə də, budəfəki turnirdə İngiltərə özünü ən yaxşı tərəfdən göstərə biləcək”.
Qeyd edək ki, Bakı da daxil olmaqla qitənin 11 şəhərində keçiriləcək AVRO-2020 11 iyun – 11 iyul aralığında baş tutacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO