Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger AVRO-2020-nin Fransaya qarşı keçiriləcək ilk oyunu barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu rəqibin çox güclü olduğunu etiraf edib.
Rüdiger belə matçlarda ən baxımlı oyun sərgiləməyin gərəksiz olduğunu bildirib: “Rəqibin əla hücumçuları var. Onları təkbətək tək döyüşlərdə məğlub etməyə hazır olmalıyıq. Bir az çirkli oynamalıyıq. Həmişə yaxşı olmağa və möhtəşəm futbol göstərməyə çalışmamalıyıq. Fransa ilə matçda nəyə qadir olduğumuzu göstərməliyik”.
Qeyd edək ki, iyunun 15-də keçiriləcək Fransa – Almaniya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək