"Proqnozlara əsasən, Tokio-2020 Yay Olimpiya Oyunlarına 50 lisenziyanın əldə edilməsi gözlənilir".
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov deyib.
O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına velosiped və gimnastika idman növlərində ilk dəfə Azərbaycan idman məktəbinin yetirmələri vəsiqə qazanıblar: "Azərbaycan Gimnastika Federasiyası qarşıya qoyulan məqsədə tam nail olaraq, maksimum sayda lisenziyanı əldə edib. Taekvondo, cüdo, ağır atletika, triatlon, kamandan oxatma, boks, badminton, qılıncoynatma və karate növlərində də vəsiqələrin qazanılması şansları var".
O, il ərzində narazı qaldığı idman növlərini də açıqlayıb: "Güləşdə lisenziyaların sayı ilə razı deyiləm. Bunu avarçəkməyə də aid etmək olar. Olimpiadada daim cüdodan qızıl medal gözləyirəm. Amma onlar gümüşdən yuxarı qalxa bilmirlər".
Nazir dopinqlə bağlı Azərbaycanı hansısa problem gözləmədiyini də qeyd edib.
A. Rəhimov federasiyalarla əlaqələrdən də danışıb. O bildirib ki, ictimai qurumların hər nəticələri qeydə alınmayıb: "Məsələn, 10-12 ölkənin iştirak etdiyi dünya çempionatlarındakı medalları biz nəzərə almırıq. Bunları saysaq, 200-300 mükafat artıq olar".
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib