Danimarkanın əfsanəvi qapıçısı Peter Şmeyxel AVRO-2020-nin ilk turunda Finlandiya ilə keçirilən matçda UEFA rəsmilərinin onlara hədə-qorxu gəldiyini deyib.
Apasport.az saytının məlumatına görə, onun sözlərinə görə, yarımmüdafiəçi Kristian Eriksen huşunu itirdikdən və ürəyi bir müddət dayandıqdan sonra danimarkalı oyunçular davam etmək istəməyiblər.
Lakin UEFA onları meydana çıxmağa məcbur edib: “UEFA-nın açıqlamasında deyilir ki, futbolçuların tövsiyəsi ilə oyun davam etdirildi. Hətta oyunçuların bunda israr etdiyini bildiriblər. Ancaq bu, yalan məlumatdır. Həqiqət isə belədir ki, UEFA 3 seçim imkanı verdi və texniki məğlubiyyətlə təhdid etdi: ya dərhal oyun qaldığı yerdən davam edəcək, ya komandalar ertəsi gün saat 12-də meydana çıxacaq, ya da Danimarkaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək. İndi siz düşünün, oyunçuların başqa seçim imkanı var idi? Onlar istəyərək oynadılar? Baş məşqçini də eşitdik, oyunçuları yenidən meydana buraxdığı üçün peşman olduğunu söylədi”.
Qeyd edək ki, həkimin uzunmüddətli müdaxiləsi nəticəsində Kristian Eriksen özünə gəldikdən sonra oyun davam etdirilib və Finlandiya 1:0 hesablı qələbə qazanıb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO