Azərbaycan milli komandası Ukraynaya təlim-məşq toplanışına yollanıb
08.05.2008 - 13:07
Bakı. Kənan Həsənov APA-Sport. Azərbaycanın 18 yaşadək həndbolçu qızlardan ibarət milli komandası Ukraynaya təlim-məşq toplanışına yollanıb. “APA-Sport” agentliyinin Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərova istinadən verdiyi məlumata görə, yığmamız təxminən 10 gün ərzində Brovarı şəhərində hazırlıq keçəcək. Həndbolçularımızın yerli komanda ilə bir neçə yoxlama matçında qarşılaşacağı da nəzərdə tutulub. Milli komandamıza Ukraynada baş məşqçi Yelena Namaliyeva və məşqçi, qadınlardan ibarət yığmanın sabiq üzvü Marina Cəfərova rəhbərlik edəcək.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0