Emin Ağayev yenə cəzalandırılıb
15.05.2008 - 10:35
Tver. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubu ardıcıl ikinci məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının ikinci divizionunun Qərb zonasında mübarizə aparan Tver təmsilçisi öz meydanında bu dəfə Vladimirin “Torpedo” klubuna uduzub – 0:2. 90 dəqiqə meydanda olan E.Ağayev görüşün sonunda hakimin qəzəbinə tuş gəlib. Belə ki, 35 yaşlı futbolçu kobud oyuna görə sarı vərəqə alıb. Bu, həmyerlimizin cari mövsümdə ikinci cəzası olub. 6 oyundan sonra hesabında 6 xal olan “Volqa” turnir cədvəlində 19 komanda arasında 11-ci yerdədir.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0