Azərbaycan milli komandası Portuqaliyada keçiriləcək beynəlxalq turnirə qatılacaq
20.05.2008 - 13:29
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə Azərbaycan milli komandası Portuqaliyanın Alqavra şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın futzal komitəsinin sədri Habil Qurbanov məlumat verib. Onun sözlərinə görə, Portuqaliya Futbol Federasiyasının bununla bağlı AFFA-ya göndərdiyi təklif müsbət cavablandırılıb: “Yarışda iştirak edəcək komandaların sayı, eləcə də reqlament barədə bizə yaxın günlərdə məlumat göndəriləcək. İstənilən halda, yığmamızın qarşıdakı turnirə dəvət alması futzalımızın yüksək səviyyəsindən xəbər verir. Çünki Portuqaliya kimi futzalı inkişaf etmiş ölkələrdə təşkil olunan turnirlərə bir qayda olaraq, sanballı rəqiblər çağırılır”. Alqavradakı yarış 1-7 iyul aralığında keçiriləcək.
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib
0
0