Azərbaycan atletləri Avropa kubokunda geniş heyətlə çıxış edəcəklər
20.05.2008 - 15:04
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan atletləri iyunun 23-24-də Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa kubokunda iştirak edəcəklər. “APA-Sport” agentliyinin Atletika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, ölkəmiz bu nüfuzlu yarışda geniş tərkibdə təmsil olunacaq. Kişilərin birinciliyində Pekin olimpiadasına lisenziya qazanan Ramil Quliyev və Ruslan Abbasovla yanaşı, Valentin Bulıçev, Teymur Abbasov, İbrahim Əhmədov və Zeynal Ənvərzadə mübarizə aparacaqlar. Qadınların yarışında isə Lidiya Salahova, Səbinə Novruzova, Leyla Paşayeva və Olesya Xaspoladovanın iştirakı nəzərdə tutulub.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0