Azərbaycan ağırlıqqaldırma yığması Rusiyada keçirilən təlim-məşq toplanışını başa vurub
21.05.2008 - 11:03
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ağır atletika üzrə milli komandası Rusiyanın paytaxtı Moskvada təşkil olunan təlim-məşq toplanışı yekunlaşdırıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın baş məşqçisi Vahid Nəzərov hazırlıqdan razı qaldığını bildirib. O, təlim-məşq toplanışının XXIX Pekin Yay Olimpiya Oyunlarına hazırlıq mərhələlərindən biri olduğunu söyləyib: “Əsasən fiziki hazırlığa diqqət yönəltmişdik. İki həftəlik toplanışdan tam razı qaldım. Yığma üzvləri hazırlıq səviyyələrini artırdılar. Şükürlər olsun ki, atletlərdən heç biri zədə deyil, hər şey qaydasındadır”. V.Nəzərov bildirib ki, Pekin Olimpiadasına aparılacaq 5 idmançının adı 23-25 may aralığında Bakıda keçiriləcək “Federasiya kuboku”ndan sonra məlum olacaq. Baş məşqçi yarışa əsas milli komandanın bütün üzvlərinin qatılacağını, heç kimə güzəşt edilməyəcəyini deyib.
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
0
0