Beynəlxalq Hokkey Federasiyasının rəsmisi: “Bakıda dopinq qalmaqalında ilişən İspaniya yığması ilə bağlı qərar iki həftədən sonra açıqlanacaq”
04.07.2008 - 14:37
Beynəlxalq Hokkey Federasiyasının rəsmisi: “Bakıda dopinq qalmaqalında ilişən İspaniya yığması ilə bağlı qərar iki həftədən sonra açıqlanacaq”
Onun sözlərinə görə, İspaniya yığmasının iki üzvünün yarışın gedişində istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etməsi təsdiqlənib: “İki ispaniyalı hokkeyçidən götürülən analizlərin həm A, həm də B testi müsbət nəticə verib. Federasiyasının Hüquq Komissiyası dinləmələr aparacaq”. Az öncə FİH rəhbərliyi yekun qərarın iyunun sonunadək çıxaracağını bildirsə də, proses hələ də davam edir. A.Miyer yubanmanın səbəbini belə izah edib: “Məsələ burasındadır ki, İspaniya tərəfi dəqiqləşdirmə aparmaq üçün FİH-dən möhlət istədi. Buna görə günahkar bilinən hokkeyçilərin Hüquq Komissiyasında dindirilmələri yubandı. Komissiya fəaliyyətə yaxın günlərdə başlayacaq və iki həftədən sonra yekun qərar açıqlanacaq”. Həmçinin, FİH rəsmisi konkret hansı qərarın veriləcəyini söyləməyə çətinlik çəkib: “Açığı, hansı qərarın çıxarılacağını bilmirəm. Ola bilər ki, yalnız iki ispaniyalı hokkeyçi cəzalandırılsın və komandanın Pekin Olimpiadasında iştirakına icazə verilsin. Eyni zamanda, İspaniyanın əvəzinə olimpiadaya Azərbaycan yığmasının yollanacağı istisna deyil”.
Qeyd edək ki, FİH-in əsasnaməsinə görə, istənilən kollektivin 1-dən artıq üzvü dopinqdən istifadə edərsə, bütövlükdə komandanın diskvalifikasiya olunması mümkündür. İspaniya cəzalandırılacağı təqdirdə, Azərbaycan yığması beynəlxalq turnirin finalçısı qismində Pekin Yay Olimpiya Oyunlarına qatılacaq. Otüstü hokkeyçilərimiz Bakıdakı yarışın finalında ispaniyalılara 2:3 hesabı ilə uduzublar.
0