Azərbaycan həndbol yığmaları dünya çempionatına məğlubiyyətlə başlayıblar
07.07.2008 - 11:46
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Venetsiya şəhərində tələbələr arasında həndbol üzrə XIX dünya çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaları mübarizə aparırlar. Dünya çempionatının startı həndbolçularımız üçün uğursuz olub. C qrupunda yer alan kişi idmançılarımız ilk görüşdə Yaponiya yığmasına uduzublar - 32:36. Hikmət Abdullayevin rəhbərlik etdiyi kollektiv bu gün Gürcüstanla qüvvəsini sınayacaq. Milli komandamız qrup mərhələsinin son turunda, iyulun 8-də Serbiya ilə görüşəcək.
Qadın həndbolçularımız da açılış turunda məğlubiyyətlə üzləşiblər. Ukraynalı baş məşqçi Georgi Voronovun yetirmələri rusiyalı həmkarları ilə bacarmayıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən matç 23:26 hesabı ilə nəticələnib. Yığmamız bu gün İtaliya, sabah isə Çinə qarşı oynayacaq. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0