“Mariya Stadnik ilə birgə Karpat dağlarına gedəcəyik”
07.04.2009 - 15:14
“Avropa çempionatında asan və əziyyətsiz qələbə qazandım. Yəqin ki, buna medallara əsas namizədlərin yarışa gəlməmələri imkan yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna sərbəst güləş yığmasının üzvü Andrey Stadnik deyib.
Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Stadnik (66 kq) finalda milli komandamızın pəhləvanı Cəbrayıl Həsənovu məğlub edib. Ukraynalı idmançı həlledici görüş haqda fikirlərini bildirib: “Finalda da ciddi çətinliklə üzləşmədim. Sadəcə, əvvəlki ənənəmə sadiq qalaraq, xalları qazandığım kimi, asanlıqla da rəqibimə xal verirdim. Başqa sözlə, nə qədər yaxşı hücum etsəm də, müdafiə olunmağı hələ də öyrənməmişəm. Finalda da bunun şahidi oldunuz. Hesabın 10:8 olması buna əyani sübutdur. Ümumilikdə isə qitə birinciliyindəki rəqiblərimin heç biri mənə problem yarada bilmədi”.
Andrey Azərbaycanın qadın güləşi üzrə milli komandasının ukraynalı üzvü, 48 kq çəki dərəcəsində qitə çempionu olan Mariya Stadnikin həyat yoldaşıdır. Buna görə də, o, Mariyanın da uğuruna sevinir: “Həyat yoldaşım çətinlik çəkmədən yarışın qalibi oldu. Finaldan sonra ona zəng vurdum. Sakitcə qalib gəldiyini bildirdi. Hər hansı sevinci hissi və eyforiya da yox idi. Hər şey necə lazımdırsa, elə də oldu. Sevindirici haldır ki, mükafat kolleksiyamıza iki yüksək əyarlı medal da əlavə olundu. “Maşa” ilə Vilnüsdə görüşə bildik. Elə idmançıların çəkisinin ölçülməsi prosedurunu demək olar ki, birgə keçdik. Yarış zamanı da görüşməyə vaxt tapırdıq. Qalmağa gəlincə fərqli otellərdə, yığmalarımızın yanında məskunlaşmışdıq”.
Stadniklər ailəsinin başçısı olan Andrey gələcək planlarını da açıqlayıb: “Bütün yarışlarda qalib gəlmək istəyirəm. Bunun üçün isə çalışmaq lazımdır. Qoy, əvvəl istirahət edim, sonra hazırlığa başlayacağam. Harada dincələcəyimizi dəqiqləşdirməsək də, yəqin ki, Mariya ilə birlikdə Karpat dağlarına gedəcəyik. Axı, qitə birinciliyi çoxlu fiziki və emosional gücümüzü alıb”.

0
0