12 həmyerlimiz Almaniya çempionatında
07.05.2009 - 15:03
Azərbaycan cüdoçuları Almaniyanın açıq çempionatında iştirak edəcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt Berlində keçiriləcək yarışda 12 idmançımız mübarizə aparacaq.
Bunlar Xəyal Mirzəzadə (46 kq), Pərviz Şükürov, Cavad Nəbiyev (hər ikisi 50 kq), Kamran Bağırov, Ceyhun Qatayev (hər ikisi 55 kq), Mahir Cəfərli (60 kq), Emin Şahbanov (66 kq), Ruslan Fərruxzadə (73 kq), Andrey Fətəliyev (90 kq), eləcə də Ayişə Qurbanlı (48 kq), Şəfəq Muradzadə (52 kq) və Xanım Hüseynovadır (63 kq).
Çempionat 9-10 mayda baş tutacaq. Yarışdan sonra cüdoçularımız 3 günlük təlim-məşq toplanışına qatılacaqlar.

- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
- Bakı “Dünya İdman Paytaxtı” elan olunub - FOTO
0
0